Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb

Tarix: 22 Oktyabr 2020 23:36

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 584 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 102 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 355 528 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 581 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 310 027 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ