Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 23:48
Honda şirkəti Avropada benzinlə işləyən avtomobillərin istehsalını əvvəlcədən planlaşdırıldığı kimi 2025-ci ildə deyil, 2022-ci ilin sonuna qədər bitirmək niyyətindədir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Yaponiya şirkəti 2022-ci ilədək Avropada dizel yanacaqlı avtomobillərin istehsalını da dayandıracaq, Böyük Britaniyada isə artıq avtosalonlar yaxın həftələrdə bu tip son modelləri satacaqlar.
Şirkətdən bildirilib ki, bundan sonra hibrid və elektrikli avtomobillərin istehsalına üstünlük veriləcək.
Honda hazırda Avropada məşhur CR-V və Jazz hibridlərini, həmçinin Honda e elektromobilini istehsal edir.