Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 00:26
Bakı. Trend:
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov oktyabrın 23-ü Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona səfərə yollanıb.
Trend-in məlumatına görə, bu barədə "TASS"a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
S.Ryabkov bildirib: "Xüsusi tapşırıqlar üzrə səfirimiz İqor Popov Vaşinqtona yollanıb. Orada oktyabrın 23-ü onun ABŞ nümayəndələri ilə Qarabağ üzrə danışıqları olacaq. Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı da baş tutacaq".