Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 09:34
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Makkabi"yə uduzduqları səfər oyununu (0:1) şərh edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, görüşdən sonra bunları deyib:
"Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir".