Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 19:04
"Real"ın serbiyalı futbolçusu Luka Yoviç ölkəsində həbs edilə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mart ayında Belqradda karantin qaydasını pozmaqda ittiham olunur. Ona 6 aylıq həbs cəzası verilə bilər.
Qeyd edək ki, martın 19-da İspaniyadan Serbiyaya gedən Yoviç 28 gün karantində qalmalı olsa da, Belqrad küçələrində görünüb.
Yoviçin bir müddət əvvəl ödədiyi 30 min avro cərimənin onun cəzasını yüngülləşdirəcəyi bildirilib. Futbolçu ev dustaqlığı cəzası da ala bilər.