Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 11:04
Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdıran UEFA növbəti addımını atıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti tərəfindən AFFA Hakimlər Komitəsinə daxil olmuş məlumatda qurum tərəfindən yeni - İstedad və Mentor proqramı yaradıldığı, hazırda hakimlərin təsnifatında I kateqoriyada yer alan FİFA referisi Əliyar Ağayevin də həmin proqrama daxil edildiyi bildirilib.
Qeyd edək ki, İstedad və Mentor proqramında I kateqoriyadan (ümumilikdə Avropa üzrə 48 hakim) Elit kateqoriyaya namizəd olan 11 hakim yer alıb. Proqram müddətində müxtəlif monitorinqlər aparılacaq və ən istedadlı hakimlər növbəti il Elit kateqoriyada yer alan 26 nəfərdən ən zəif göstəricilərə malik və ya son yaş həddinə çatmış referiləri əvəzləyəcək.
Əlavə edək ki, Elit Kateqoriyafa yer alan hakimlər dünya və Avropa çempionatının final mərhələsi, eləcə də Çempionlar Liqasının qrup oyunlarına təyinat alır.