Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib

Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib

Tarix: 24 Oktyabr 2020 13:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Fonddan Milli.Az-a verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Milli.Az


Etiketlər:  Oktyabr ayı üzrə müavinət təqaüd kompensasiyalar ödənilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ