Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxma riskini azaldan xəstəliyin adı açıqlandı

Koronavirusa yoluxma riskini azaldan xəstəliyin adı açıqlandı

Tarix: 24 Oktyabr 2020 18:48

Allergiyası olan insanlar viral və onkoloji xəstəliklərə daha az həssasdırlar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim allerqoloq-immunoloq Alla Rıjix COVID-19 infeksiyasına yoluxma riskini azalda biləcək xəstəliklərdən danışarkən bildirib.

Onun sözlərinə görə, allergik insanların koronavirusa yoluxma riskinin az olmasının səbəbi onların orqanizminin yüksək reagin fonuna, yəni immunoglobulin E-yə (IgE) sahib olmasıdır.

Eyni zamanda mütəxəssis, koronavirusun bəzi simptomlarının mövsümi allergiya təzahürləri ilə oxşarlığına diqqət çəkib.

"Bir insanda öskürək və nəfəs darlığı ilk dəfə yaranmırsa, bu, payız soyuğunun başlaması ilə ağırlaşan allergik xəstəliyin təzahürü ola bilər", - deyə o vurğulayıb.

Həkim allergik reaksiyalar və koronavirus simptomlarını qarışdırmamaq üçün mütəxəssisə müraciət etməyi məsləhət görüb.


Etiketlər:  Koronavirusa yoluxma riskini azaldan xəstəliyin adı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ