Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır''

''Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır''

Tarix: 25 Oktyabr 2020 18:00

Fransanın "TF1" telekanalının əməkdaşı Liza Budulun erməni diasporu və lobbisinin təzyiqlərinə, təhdidlərinə məruz qalması Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Əks halda bu, söz və mətbuat azadlığı, demokratiya kimi bəşəri ideallara yüksək önəm verən Fransa dövlətinin imicinə, beynəlxalq nüfuzuna ciddi zərbə olar bilər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat hesab edir ki, Fransada fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitəsinə və jurnalistə qarşı erməni lobbisinin göstərdiyi təzyiqlərə söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar da öz münasibətini bildirməlidir. Eləcə də dünyanın aparıcı media qurumları, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar məsələyə reaksiya verməlidir. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanın bir çox kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar gedir, onların heç də hamısı obyektiv olmur. "TF1" kanalı isə jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək, baş verənlər barədə qərəzsiz məlumat təqdim etməyə cəhd göstərib. Buna görə də telekanalın və onun nümayəndəsinin təzyiqlərə məruz qalmasına heç bir təşkilat laqeyd yanaşmamalıdır.

Milli Məclisin deputatı bildirib ki, "TF1" kanalına təzyiqlərlə bağlı Fransa və dünya ictimaiyyətinin məlumatlandırılması olduqca vacibdir. O qeyd edib ki, baş verənlər haqqında fransalı həmkarlarını da məlumatlandırmağa çalışacaq.


Etiketlər:  Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ