Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 14:08
Bakı. Trend:
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan və rus bölmələrində təhsil alan magistrantlar informasiya hüququnun aktual mövzuları üzrə elmi tədqiqatlarını “Beynəlxalq ümumi hüquq” kafedrasında yerinə yetiriblər.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, professor Fərhad Abdullayev müdafiəyə təqdim edilmiş işlərin aktuallığından danışıb, magistrantların elm və peşə hazırlığını yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor Fərhad Abdullayevin təklif və tövsiyələrini yüksək qiymətləndirib, magistrlara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin