Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 16:14
Bakı. Trend:
Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbat katibi İbrahim Kalın deyib.
O, Qarabağın gec-tez azad ediləcəyini bəyan edib:
“Azərbaycan Prezidenti İlham Əliyev məsələni çox gözəl təsvir edib: “Atəşkəs istəyənlər Ermənistana silah göndərir”. Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq. Qarabağ gec-tez azad ediləcək. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”.