Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 22:12
Bakı. Trend:
Noyabr ayında ABŞ-da keçirilən ümumi seçkilərdə 60 milyondan çox ölkə vətəndaşı vaxtından əvvəl səs verib.
Trend-in məlumatına görə, müvafiq hesablamalar United States Elections Project layihəsində dərc edilib.
Məlumata əsasən, ümumilikdə ABŞ-da 60 082 857 nəfər artıq vaxtından əvvəl səs verib. Bunlardan 40,1 milyondan çoxu poçtla, 19,9 milyonu isə şəxsən.
Səs verənlərin təqribən 48,9% -i Demokratik Partiyanın tərəfdaşları, 28% -i Respublikaçılardır.