Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 11:42
Qubadlı və Xanlığın azad edilməsi Laçın dəhlizinə çıxış deməkdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, hərbi ekspert Arzu Nağıyev "Vestnik Kavkaza" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bu yol strateji əhəmiyyət daşıyır:
"Həmin yolla birbaşa Laçına və Ermənistan sərhədinə çatmaq olar. Laçını nəzarətə götürmək həyati əhəmiyyət daşıyır, çünki bu ərazi vasitəsilə Ermənistandan işğal olunmuş ərazilərə təchizat, silah, qoşunlar çatdırılır. Sotk-Kəlbəcər yoluna Murovdağdan nəzarət olunur, İran sərhədinə yol artıq azad edilib. Yalnız Laçın yolu qalır ki, bu da Ermənistanın işğalçı rejimi təchiz etdiyi əsas arteriyadır".
Ekspert qeyd edib ki, Azərbaycan Ermənistan sərhədinə bütünlüklə yaxınlaşacaq və müvafiq olaraq Sünik və Kapanın bilavasitə yaxınlığında yer alacaq:
"İstənilən halda biz öz sərhədlərimizi beynəlxalq səviyyədə tanınan çərçivədə bərpa etməliyik. İndi və ya sonra, gec və ya tez, amma bu, mütləq baş verəcək. Aydındır ki, Azərbaycan ordusu Ermənistan ərazisinə, həmin Sünikə daxil olmayacaq, çünki biz özgə torpaqlara iddia etmirik. Amma öz torpaqlarımızı tamamilə alacağıq.
Eyni şey şimalda Kəlbəcərə də aiddir. Bu bölgə bufer zonası kimi saxlanmayacaq. Bu, tarixi Azərbaycan torpaqlarıdır və azad ediləcək. Kəlbəcər rayonu ərazisindən dağ yolları keçir ki, buradan əvvəllər silah və terrorçular daşınıb. Oktyabrın 17-dən humanitar atəşkəs rejimi tətbiq olunduğu üçün digər istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də fəal döyüş əməliyyatları keçirilmir. Amma Ermənistan rejimin şərtlərini pozmaqda davam edir".