Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəskin podaqra artriti

Kəskin podaqra artriti

Tarix: 29 Oktyabr 2020 07:33

Xəstəlik adətən bir-neçə il müddətində simptomsuz keçən yalnız hiperurikemiyadan sonra gecə vaxtı və ya səhər tezdən yataqdan qalxan zaman əmələ gəlir. Kəskin podaqra artriti travma, alkahol qəbulu, pəhrizdə pozuntular zamanı, cərrahi əməliyyatlarda, yanaşı xəstəliklərin kəskinləşməsində, lokal iltihabi proseslərdə aktivləşir.
Kəskin podaqra artriti zamanı əvvəlcə bir oynaqda ağrı, şikinlik və qızartı əmələ gəlir. Əlamətlər sürətlə inkişaf edir və xəstənin oynaqda hərəkəti məhdudlaşır. Xəstənin oynağına əl vasitəsilə azacıq təmas belə şiddətli ağrıya səbəb olur. Xəstəliyin ağırlaşması 2 gündən 7 günə qədər davam edir.
Xəstəlik yaşlılarda tutmalar, cavan adamlarda isə oliqoartirit və ya poliartirit tipində keçir. Kişilərdə əsasən ayaq oynaqları və böyük barmaq zədələnir. Qadınlarda isə əvvəlcə poliartrit inkişaf edir və ən çox əl oynaqları zədələnir.
Kəskin podaqra artriti zamanı xəstələrin bir çoxunda leykositoz və hərarətin yüksəlməsi müşahidə edilir. Kəskin podaqra artritinin xarakter xüsusiyyəti ağrıların qəflətən itməsi və xronik podaqra artriti inkişaf edənə qədər, tutmalar arası dövrdə qəti olmamasıdır. Bu müddətdə ağrının olması adətən oynaqda yanaşı gedən xəstəliklərlə əlaqədar olur. Xəstəlik müalicə olunmadıqda ağrılar tezləşir, daha uzun müddətli davam edir və prosesə digər orqanlar cəlb olunur.
Kəskin podaqra artriti tutmaları arasında intervallar müxtəlif olur. Müalicə olunmadıqda 1 il ərzində xəstələrin 60%-də baş verir. Ağrı tutmaları toxumaların (bağlar, oynaq kisəsi) iltihabı səbəbli müşahidə edilir.


Etiketlər:  Kəskin podaqra artriti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ