Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 320 mini keçib

Türkiyədə koronavirusdan sağalanların sayı 320 mini keçib

Tarix: 30 Oktyabr 2020 03:56

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 72 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 099 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 319 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 370 832 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 581 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 320 762 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı mini keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ