Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula-1''də daha 9 nəfərdə koronavirus aşkarlanıb

''Formula-1''də daha 9 nəfərdə koronavirus aşkarlanıb

Tarix: 30 Oktyabr 2020 22:22

"Formula-1" iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, testlərin nəticələrinə əsasən daha 9 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri oktyabrın 23-dən 29-dək keçirilib. Testlərdən 4 281 nəfər keçib.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi oktyabrın 31-dən noyabrın 1-dək İtlaiyanın İmola şəhərində keçiriləcək.


Etiketlər:  Formula 1də daha nəfərdə koronavirus aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ