Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 09:20
Mən əlimdən gələni etdim. Özilə mümkün qədər çox şans yaratmağa çalışdım. Ona imkanlar verdim, səbrli və ədalətli oldum.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Mesut Özil haqqında danışarkən deyib. 38 yaşlı mütəxəssis türk əsilli alman yarımmüdafiəçinin Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil olunmaması ilə əlaqədar edilən tənqidlərə cavab verib:
"Özil son bir neçə mövsümdə "Arsenal" üçün vacib futbolçu idi. Buna hörmətlə yanaşmalıyam. Ancaq mən komanda və klub üçün ən yaxşı qərarları verməyə görə buradayam. Bu, etməyə çalışdığım şeydir. İnsanların motivasiyaya və düzgün cavablara ehtiyacı var. Ona görə də qərarlarımı əsaslandırmalıyam. Mənə inansalar da, inanmasalar da cavablarımı verirəm. Qərarlarımı da ürəyim və ağlımla verməliyəm".