Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 14:46
Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində 3:1 hesablı qələbə qazanan "Vilyarreal" iki futbolçusunu itirib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, müdafiəçi Xuan Foyt və yarımmüdafiəçi Frensis Kokelin "Başakşəhər Fatih Terim" stadionundakı görüşdə zədələnib.
Foyt matça əlavə edilmiş dəqiqələrdə əvəzlənibsə, Kokelin sona qədər meydanda qalıb. Argentinalı müdafiəçinin sağ, fransalı yarımmüdafiəçinin isə sol ayaq əzələsində problem aşkarlanıb. Futbolçuların sağalma prosesi barədə açıqlama verilməsə də, onların milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə qədər kollektivdən uzaq qalacağı dəqiqdir.
Qeyd edək ki, "Vilyarreal" İspaniya La Liqasının VIII turu çərçivəsində noyabrın 2-də "Valyadolid"lə qarşılaşacaq.