Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkələrdə zərərli çağırışlar edən şəxs inzibati qaydada cəzalandırılıb

Sosial şəbəkələrdə zərərli çağırışlar edən şəxs inzibati qaydada cəzalandırılıb

Tarix: 1 Noyabr 2020 18:44

Sosial şəbəkə hesabında müharibənin aparılmasına dair konvensional qaydaları, həmçinin qanunvericiliyin tələblərini pozan şəxs məsuliyyətə cəlb edilib. 

Sonxeber.net APA-ya istinadən bildirir ki, İbrahimov Nurlan Əziz oğlu sosial şəbəkədə emosional davranaraq başqa millətə qarşı qəddarlıq ifadə edən, milli, irqi və ya dini nifrət saçan çağırışlar etdiyi üçün inzibati qaydada cəzalandırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanıb, baxılması üçün məhkəməyə göndərilib. 

Xatırladaq ki, N.İbrahimov həm də "Qarabağ" futbol klubunun mətbuat katibidir. 

Qeyd edək ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə, humanizm prinsiplərinə hörmətlə yanaşılıb. Qanunvericiliyin tələblərinin pozulması hallarına barışmazlıq nümayiş etdirilib, pozuntuya yol verilmiş şəxslər barədə müvafiq qaydada ölçü götürülüb. Nurlan İbrahimov haqqında məhkəmə qərarı bunu əyani şəkildə təsdiq edir. Amma bu gün Ermənistanda Azərbaycan xalqına qarşı qatı nifrət aşılanır, sosial şəbəkələrdə qəddarlıq videolarını, çağırışlarını sıravi vətəndaşlarla yanaşı, dövlət strukturlarının nümayəndələri də yayırlar. Ermənistan və onun dəstəkçiləri indiyə qədər belə çağırışların cəmi biri ilə bağlı hər hansı tədbir görülməsi barədə fakt göstərə bilərlərmi?

Cavab bəllidir: Əlbəttə, yox! 


Etiketlər:  Sosial şəbəkələrdə zərərli çağırışlar edən şəxs inzibati qaydada cəzalandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ