Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 14:01
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə ilk oyununa hakim təyinatları açıqlanıb.
Qol.az-ın məlumatına görə, Tiranada keçiriləcək ilk matçın baş hakimi İslandiya Futbol Federasiyasından Holvardur Arnason olacaq. 37 yaşlı referiyə həmyerliləri Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.
Qeyd edək ki, "Partizani" - "Qarabağ" görüşü iyulun 10-u Bakı vaxtı ilə 19:30-da başlayacaq.