Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 23:52
Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman smartfonu təqdim edib. Sözügedən smartfon flaqman özəlliklər ilə yanaşı həmçinin orta büdcəli smartfon qiymətini də əldə edib. Beləliklə Redmi K30S modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın özü 144 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı yeni Redmi K30S-in ekranı həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
Əsas texniki göstəricilərə gəldikdə bu smartfon Snapdragon 865 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP (ultragenişbucaqlı obyektiv) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Redmi K30S 5G dəstəyini də əldə edib. Smartfon MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 128 GB daxili yaddaşa sahib model 390$-a, 256 GB daxili yaddaşa sahib model isə 415$-a satılacaq. Smartfonun ön sifarişlərinə yaxın günlərdə start verilməlidir.