Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 21:51
ABŞ-dakı "Weill Cornell" Tibb Kollecinin mütəxəssisləri koronavirusa yoluxan xəstələrdə ürəyin sağ hissəsinin zədələnməsinin ölüm riskini artıracağını proqnozlaşdırıb.
Sonxeber.net xəbər verir ki, araşdırmada COVID-19 diaqnozu qoyulmuş 500-dən çox insan iştirak edib. Bütün xəstələrdə ekokardioqrafiya aparılıb. Xəstələrin 35 faizində sağ mədəciyin genişlənməsi, yəni ürək divarının qalınlığını dəyişdirmədən ürək kamerasının həcminin böyüməsi, 15 faizində isə normadan xeyli daralmış mədəcik disfunksiyası müşahidə olunub.
Sağ mədəciyin kontraktiliyasında pozuntu olan xəstələrin infeksiya nəticəsində yaranan ağırlaşmalardan orta hesabla 2,5 dəfə çox ölmə ehtimalı olduğu ortaya çıxıb. Dilatasiya ilə ölüm riski 1,43 dəfə artır.
Diqqətə çatdırmaq lazımdır ki, sağ mədəcik oksigenləşmə üçün qanı insan ciyərlərinə vurur, buna görə də alt tənəffüs sisteminə təsir edən iltihablar ürəyin nasos funksiyasına birbaşa təsir edir. Bu da qan axınında müqaviməti artırır. /medicina.az