Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pnevmoniyanın sovrulub sağalmasına mane olan səbəblər

Pnevmoniyanın sovrulub sağalmasına mane olan səbəblər

Tarix: 2 Noyabr 2020 22:00

Koronavirus ağciyərlərdə pnevmoniya yaradır. Pnevmoniya ağciyər və alveolların iltihabı olub, müalicə ilə sağalsa da, orqandan tam sovrulması üçün zaman lazımdır.

Sonxeber.net xəbər verir ki, bəzən müalicə düzgün aparılsa da, pnevmoniya qalıqlarının tam sovrulması gec olur, bu da xəstəyə əlavə simptomlar yaradır
Pnevmoniya ən azı 1,5 - 2 aya tam sovrulur. Ona görə bu xəstələr tez-tez rentgen, Kt etməməlidir ki, aldıqları nəticədən daha da depressiyaya düşməsinlər.

Gec sağalmanın səbəbləri:

- Bağlı bronxlar
- Orqanizmdə hardasa irin, iltihab ocağının olması
- Ağciyərlərdə durğunluq, qanın yaxşı çatmaması
- Vərəm, göbələk xəstəliyi və s
- Ağciyərlərdə şiş
- Siqaret çəkmə
- Az hərəkət
- Susuzluq

Əgər ağciyərlərinizin tez sağalmasını istəyirsizsə, bu maneələri aradan qaldırın. /medicina.az


Etiketlər:  Pnevmoniyanın sovrulub sağalmasına mane olan səbəblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ