Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 11:36
Bakı. Trend:
Fransanın “Liberation” qəzetində “Dağlıq Qarabağ: Ermənistan qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur” adlı məqalə dərc edilib.
Trend-in məlumatına görə, məqalədə Ermənistanın Azərbaycanın Bərdə şəhərini qadağan olunmuş kaset silahlarından atəşə tutmasının “Amnesty International” və “Human Rights Watch” təşkilatları tərəfindən təsdiqləndiyi qeyd edilib. Bildirilib ki, hər iki təşkilat Ermənistanın Bərdə şəhərini kasset silahları ilə bombardman etdiyini qeyd edib. Bombardman nəticəsində 21 mülki şəxsin öldüyü və 70-nin yaralandığı deyilib. Hər iki təşkilat hadisə yerindən olan şəkillərin Bərdədə “Smerç” raketi və onun 9N235 adlı kasset silahından istifadə olunduğunu təsdiqləyir.
Qeyd edilir ki, kaset silahları mini bombalar ixrac etdiyindən onun dəqiq hərbi hədəfi olmur və buna görə də mülki əhalinin həyatını təhlükəyə atmamaq üçün ondan şəhər mərkəzlərində istifadə etmək beynəlxalq müqavilə ilə qadağan olunur.