Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 13:08
Bakıda qayda pozan sürücünün əvəzinə başqa sürücüyə cərimə göndərilib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Renat adlı paytaxt sakini şikayətində bildirib. Onun sözlərinə görə, yol polisindən aldığı protokolda qayda pozduğu qeyd edilir.
"İki maşında necə bir nömrə ola bilər. Mənə radar gəlib, ama şəkildəki mənim maşınım deyil, nömrəsi isə eyni mənim nömrəm. Məndə "Prius" markalı, 99-TC-947 nömrə nişanlı avtomobildir. Radara düşən maşın isə "Opel-Astra" markalı maşındır. Onun da dövlət nömrə nişanı 99-TC-947 kimi göstərilir. İki fərqli maşının necə eyni dövlət qeydiyyat nişanı ola bilər?" - şikayətçi bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi ilə əlaqə saxladıq. Qurumun bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, məsələ idarədə araşdırılıb.
"Əslində, qayda pozuntusunu qara rəngli "Opel-Astra" markalı maşının sürücüsü törədib. Onun dövlət nömrə nişanı 99-TG-947-dir. Cərimə alan digər sürücünün protokolu ləğv edilib. İndi araşdırma aparılır. Çox güman ki, texniki səhvdir. Görüntüdə TG TC kimi göstərilir", - deyə Vaqif Əsədov bildirib.