Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da prezident seçkiləri başlayıb

ABŞ-da prezident seçkiləri başlayıb

Tarix: 3 Noyabr 2020 16:12

Bakı. Trend:

ABŞ-da bu gün prezident seçkiləri keçirilir.

Trend-in məlumatına görə, ölkənin şərq ştatlarında yerləşən seçki məntəqələri artıq açılıb.

ABŞ-da səsvermə prosesi regiondan asılı olaraq 12-14 saat davam edəcək. Ən uzunmüddətli səsvermə Nyu-York ştatında keçiriləcək. Burada seçicilər 15 saat ərzində səs verə biləcək.

Qeyd edək ki, builki prezident seçkilərində Respublikaçılar partiyasından hazırki prezident Donald Tramp, Demokratlar partiyasından isə Co Bayden mübarizə aparır.

Seçkilərin ilkin nəticələri Bakı vaxtilə səhər saatlarında məlum olacaq.


Etiketlər:  ABŞ prezident seçkiləri başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ