Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın döyüş meydanındakı uğurlarını qəbul etmək Ermənistan üçün çox ağrılıdır''

''Azərbaycanın döyüş meydanındakı uğurlarını qəbul etmək Ermənistan üçün çox ağrılıdır''

Tarix: 4 Noyabr 2020 16:12

Sentyabrın 27-dən Ermənistan tərəfinin təxribatları nəticəsində Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başlaması və düşmən üzərində mühüm qələbələr qazanması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni reallıqlar, yeni şərtlər yaradıb.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev qeyd etdiyi kimi, artıq nə status-kvo, nə də təmas xətti var: "30 ildir mövcud olan status-kvo və təmas xətti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qısa müddətdə dəyişdirildi, ermənilərin öz orduları haqqında yaratdığı mif darmadağın edilərək təmas xətti aradan qaldırıldı. Artıq 200-ə yaxın yaşayış qəsəbəsi erməni işğalından azad edilib və ordumuzun üstünlüyü və irəliləməsi hər gün davam edir".

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət Azərbaycanın nəzarəti altındadır: "Ordumuzun döyüş meydanındakı uğurları münaqişənin həlli ilə bağlı nəzərdə tutulmuş planları artıq arxivə çevirərək diplomatik müstəvidə də ölkəmizin böyük üstünlük qazanmasına imkan yaradıb. Belə ki, münaqişənin mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayonun 4-ü artıq işğaldan azad edilib və ona görə də həmin plan artıq köhnəlmiş sayılır. Yəni artıq reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib.

Artıq Ermənistanın münaqişənin həlli ilə bağlı şərtlər irəli sümək imkanları yoxdur, çünki müzəffər Azərbaycan ordusu qısa zaman ərzində Ermənistanı şərt irəli sürmək imkanlarından məhrum etdi. İndi həm döyüş meydanında, həm də danışıqlar masasında şərtləri Azərbaycan qoyur. İndi Ermənistan şərt qoymaq deyil öhdəlik götürmək imkanındadır. Azərbaycanın döyüş meydanında uğrlarını qəbul etmək Ermənistan üçün çox ağrılıdır. Lakin müharibəni dayandırmağın yeganə yolu odur ki, Ermənistan öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin digər hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir".

Deputat vurğulayıb ki, ağır məğlubiyyətə düçar olan və dalana dirənən Paşinyan indi hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir:

"Paşinyan dəfələrlə Azərbaycanın təkliflərini qulaqardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi".


Etiketlər:  Azərbaycanın döyüş meydanındakı uğurlarını qəbul etmək Ermənistan üçün çox ağrılıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ