Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 07:33
Baş beyin silkələnməsi -kələ-beyin travmasının növlərindən biridir.
Ümumi məlumat:
Beyin silkələnməsi - kəllə-beyin tavmasının növüdür. Silkələnmə insan başdan zərbə aldıqda, yıxıldıqda, nəqliyyat qəzalarında, məişət və küçə travmalarında baş verir. Travma zamanı damarların spazmı baş verir, bu zaman baş beynin qan dövranı pozulur, onun ödemi baş verir ki, bu hal da bir müddət davam edir.
Beyin silkəkələnməsi qısamüddətli funksional pozğunluqlara səbəb olur. Bu zaman baş beynin özündə aydın zədələnmə olmur. Əgər kəllə sümüyündə sınıq varsa beyin əzilməsi baş verir.
Simptomları:
Travma zamanı adam 5 dəqiqə huşuni itirir. Travmadan əvvəl insan, olan hadisəni xatırlamır. Baş ağrısı, ürəkbulanma, qusma, avazıma, tənəffüsün tezləşməsi, əksər hallarda yuxululuq baş verir.
Zərərçəkən yuxulayırsa bu, təhlükəli hesab olunur, beləki, yuxu zamanı qusma baş verir, qusuntu kütlələri tənəffüs yollarına düşərsə ölüm baş verə bilər. Arterial təztiq, bədən temperaturu dəyişmir. Aydın işıq, güclü səs ağrılı təsir edir. Bu əlamətlər 7-12 gün çəkir.
Ağırlaşmaları:
Ağırlaşmada tərləmə artır, nəbzin tezləşməsi, arterial təzyiq dəyişir. Baş ağrıları, başgicəllənmə baş verir. Əgər baş beynin ödemi müalicə ilə aradan qaldırılmasza, qıcolmalar baş verir. Bu vəziyyət insanın məhvinə səbəb ola bilər.
Siz nə edə bilərsiniz:
Xəstəni mütləq travmatoloji şöbəyə çatdırmaq lazımdır. Silkələnmə olduqda xəstə 2 həftə stasionarda yatmalıdır.
Həkim nə edə bilər:
Bu zaman xəstə müayinə olunur. Kəllənin renqenoqrafiyası, nevroloqun müayinəsi aparılır. Əgər kəllə sümüyü sınırsa beyin əzilməsi diaqnozu qoyulur. Zəruri olarsa beynin komyuter tomoqrafiyası, baş beynin EXO-qrafiyası aparılır. Stasionarda xəstə müalicə aldıqdan sonra iş qabiliyyəti 1 ildən sonra bərpa olunur. Bu müddət ərzində xəstəyə içki içmək, televizora, komyuterə baxmaq qadağan olunur. 1-2 həftə ciddi yataq rejimi təyin olunur. Baş beyin ödemini götürən dərmanlar, vitaminlər, ağrıkəsicilər təyin olunur.