Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 17:42
Bakı. Trend:
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan hərbçilərimiz üçün nəzərdə tutulmuş 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.
Qeyd edilən əlil arabaları çatdırılması üçün aidiyyatı quruma təhvil verilib.