Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 10:08
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov ümumi məşqlərə başlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, dünən komanda ilə hazırlıqlarda iştirak edib. 37 yaşlı müdafiəçi son məşqlərin birində zədələndiyi üçün onun Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Partizani" ilə ilk matçda meydana çıxması sual altında idi. Amm zədəsini tez sağaldan Rəşadın Albaniya klubu ilə ilk görüşdə iştirak ehtimalı yüksəkdir.
Xatırladaq ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.