Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 11:35
Dəyərli Azərbaycan xalqım. Bildiyiniz kimi ölkəmizdə yaranmış vəziyyətlə bağlı paylaşımlar edib, bacardığım qədər vətənimizin haqlı mübarizəsini dünyaya çatdırıb dəstəkləmişəm. Artıq 10 gündən çoxdur ki, işimlə bağlı nə qədər məcbur olsam da paylaşımlar etmirəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı Cony ləqəbli müğənni Cavid Hüseynli sosial şəbəkədə yazıb.
Sənətçi hər dəfə Azərbaycanla bağlı paylaşımlar etmədiyi üçün onu tənqid atəşinə tutan izləyicilərinə cavab verib:
"Amma sənətimlə bağlı paylaşım etməyə məcburam. Xalqımızdan xahişim məni başa düşmələridir, bu mənim işimdir. Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərini eşidəndə şiddətli sevinc hissi ilə yanaşı qürur hissi də yaşayıram ki, mən azərbaycanlıyam.
Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacaq və Azəbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirəm. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!!!"