Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 11:45
ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden açıqlama verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, seçkilərdə qalib gəldiyinə şübhə ilə yanaşmadığını bildirib.
Bayden səslərin hesablandığını desə də, rəqibi, hazırkı Prezident Donald Trampa qalib gəldiyini istisna etməyib: "Gedişatdan ümidliyəm. Hesablamalar bitir. Sonda senator Kamala Harisslə qalib olacağımızdan şübhəm yoxdur. Bu səbəbdən hər kəs sakit olsun. Gözləyirik ki, səslər toplansın. Qısa müddətdə nəticələri öyrənəcəyik".
Qeyd edək ki, K. Harris vitse-prezidentliyə namizəddir.