Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə erməni terroru nəticəsində valideynlərini və bacısını itirən azyaşlı nəzarətə götürülüb - Komitə

Gəncədə erməni terroru nəticəsində valideynlərini və bacısını itirən azyaşlı nəzarətə götürülüb - Komitə

Tarix: 6 Noyabr 2020 14:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 03.11.2020-ci il tarixində Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcəkdir.

Qeyd edək ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcəkdir.


Etiketlər:  Gəncədə erməni terroru nəticəsində valideynlərini bacısını itirən azyaşlı nəzarətə götürülüb Komitə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ