Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Dağlıq Qarabağ münaqişəsinə KTMT ölkələrini cəlb etməyə çalışır - Əli Əsədov

Ermənistan Dağlıq Qarabağ münaqişəsinə KTMT ölkələrini cəlb etməyə çalışır - Əli Əsədov

Tarix: 6 Noyabr 2020 17:18

Bakı. Trend:

Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü ölkələri, xüsusilə də KTMT-nin üzv dövlətlərini cəlb etməyə çalışır.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov MDB Hökumət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycanın döyüş zonasından kənarda yerləşən şəhərlərini öz ərazisindən atəşə tutmaqla Ermənistan Azərbaycanı cavab atəşi açmağa vadar etməyə çalışır.

Nazir əlavə edib ki, Ermənistana, daha sonra isə Qarabağa qaçaqmalçılıq yolu ilə silah-sursat və muzdlular daşınır: “Bu, həmçinin mülki aviasiyadan istifadə etməklə həyata keçirilir”.

Onun sözlərinə görə, Azərbaycan erməni xalqına qarşı mübarizə aparmır, yalnız ərazi bütövlüyünü bərpa edir: “Biz bir qarış da özgə torpağına iddia etmirik”.


Etiketlər:  Ermənistan Dağlıq Qarabağ münaqişəsinə KTMT ölkələrini cəlb etməyə çalışır Əli Əsədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ