Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuventus” 19 yaşlı futbolçu ilə anlaşdı

“Yuventus” 19 yaşlı futbolçu ilə anlaşdı

Tarix: 7 Noyabr 2020 10:24

İtaliyanın "Yuventus" klubu daha bir gənc futbolçunu transfer edib.
 
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Turin təmsilçisi ölkənin digər klubu "Cenoa"nın yarımmüdafiəçisi Nikolo Rovellanın keçidini həll edib.
 
"İnter"in də maraq dairəsində olan 19 yaşlı orta sahə oyunçusu "qoca sinyora"nın təklifini müsbət cavablandırıb. "Cenoa" ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Rovella mövsümün sonunda azad agent kimi "Yuve"yə keçəcək.
 
Qeyd edək ki, Nikolo Rovella bu mövsüm A seriyasında 4 oyun keçirib.


Etiketlər:  Yuventus yaşlı futbolçu ilə anlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ