Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 13:36
PSJ Liqa-1-də tarixə düşüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, paytaxt klubu buna ötən gecə 10-cu turda "Renn"ə 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Beləliklə, komanda ardıcıl 5 oyunda 3 və 3-dən çox qol vurmaqla qələbə qazanıb. Bu isə Liqa-1 üçün yeni rekord hesab olunur.
PSJ sözügedən matçdan əvvəl "Anje"ni 6:1, "Nim"i 4:0, "Dijon"u 4:0, "Nant"ı 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Paris təmsilçisi çempionatın turnir cədvəlində 24 xalla liderdir. "Lill" 19 xalla 2-ci, "Renn" 18 xalla 3-cüdür.