Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 17:40
PSJ-nin futbolçusu Anhel di Mariya klubdakı gələcəyindən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Paris təmsilçisində qalmaq istədiyini deyib:
"Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm. Amma bu, yalnız məndən asılı eyil. PSJ-də oynadığım üçün çox xoşbəxtəm. Mənə çox yaxşı yanaşan klubdur. Əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, 2015-ci ildən PSJ-də oynayan Anhel di Mariya ötən mövsüm koomandası ilə çıxdığı 41 matçda 12 qol vurub 23 qolun ötürməsini verib.