Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 02:16
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Dağlıq Qarabağdan Yerevana qayıtmağa və "divarların altında ulayanlar"la bağlı məsələləri həll etməyə çağırıb.
Trend-in "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri özünün "Facebook" səhifəsində yazıb.
N.Paşinyan bildirib: "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divarlar altında ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm".
"Facebook" istifadəçiləri baş nazirin bu açıqlamasını pisləyiblər və qeyd ediblər ki, eitrazçılar da Ermənistan xalqının bir hissəsidir.