Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 14:54
Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.
Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.