Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 15:36
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq Open" turnirində iştirak edəcək.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, noyabrın 22-də start götürəcək onlayn turnirin 16 iştirakçısından 11-i dəqiqləşib.
Teymurun rəqibləri arasında Din Liren (Çin), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Liem Quang Li (Vyetnam), Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kriştof Duda (Polşa), Vidit Quyrati (Hindistan) və Maksim Vaşye-Laqrav (Fransa) yer alıb. Bu turnir "Champions Chess Tour" çərçivəsində təşkil olunacaq.