Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 16:44
2021-ci ilin yanvarın 1-dən Bolqarıstan Azərbaycandan qaz almağa başlayacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Boyko Borisov deyib.
Nazir bildirib ki, beləliklə Bolqarıstan enerji tədarük mənbələrinin tam şaxələndirilməsinə nail olacaq.
O əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tam sürətlə davam edir:
"Bu interkonnektorla Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş qaz terminalından ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və Azərbaycandan qaz əldə edəcək. Layihə bütün bolqarlar və qonşulara faydalı olacaq".