Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namazda başımı yerə qoyanda torpaq sanki ''xoş gəlmisən'' deyirdi'' - ''Maştağa'' ləqəbli hərbçi

Namazda başımı yerə qoyanda torpaq sanki ''xoş gəlmisən'' deyirdi'' - ''Maştağa'' ləqəbli hərbçi

Tarix: 17 Noyabr 2020 19:28

"Çox yaxşıyam, cavanlaşmışam. Elə bil ki, yenidən doğulmuşam. 1992-ci ildən ürəyimdə güllə qalmışdı. Ürəyimi ağrıdırdı, son günlər artıq narahat etmir. Mənəvi ağrı idi. Ali Baş Komandan yaxşı ki, əmr verdi. Atəşkəs olandan formanı əynimdən çıxarmamışdım. Evdəkilərə demişdim ki, dünyamı dəyişsəm məni forma ilə dəfn edin. Forma mənim üçün kəfəndir. Bu forma ilə yaşamışam. Hər zaman istəmişəm ki, bu forma ilə Azərbaycan torpağını xilas edim. 55 yaşımı da qəhrəman balaların yanında qeyd etdim. Ən böyük mükafat idi".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Maştağa" ləqəbi ilə tanınan Vidadi Ağagülov "Vaxtı gəldi" proqramında qonaq olarkən deyib. Döyüşlərdən danışan hərbçi bunları əlavə edib:

"Şəhidlərin borcunu verdim. Qayıdarkən bizim qrup var idi, V-12 adlandırmışdıq. Mənası "Vətən 12", yəni 12 əsgər... Qayıdarkən gedib şəhidlərin məzarı önündə diz çökdük, dedik biz borcumuzu verdik. Allah onlara rəhmət etsin. Milli qəhrəman Tahir Həsənov dostum idi. 1992-ci ildə 23 yaşı var idi, 18 cavan uşağı mühasirədən çıxardı. Erməniyə təslim olmadı, özünü partlatdı 20 erməni öldürdü. 23 nömrəli məktəb onun adınadır".

Hərbçi daha sonra keçirdiyi hissləri bölüşüb və kövrəlib:

"Harada olduğunu deməyəcəm, sübh namazında namaz qılırdım. 27 ildir namaz qılıram, belə hiss görməmişdim. Torpağın üstündə səcdə edirdim. Hər səcdədə torpaq mənlə danışırdı, deyirdi, "xoş gəlmisən". Alnımı torpağa qoyub onu öpürdüm, hər dəfə o da məni öpürdü. Ağaclar, dağlar danışırdı. O qədər xoşbəxt idim ki, belə hisslər görməmişdim".


Etiketlər:  Namazda başımı yerə qoyanda torpaq sanki xoş gəlmisən deyirdi Maştağa ləqəbli hərbçi


RƏYLƏR