Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 15:58
Peruda keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Dünya Kuboku başa çatıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qeyri-ənənəvi qaydada təşkil edilən yarışda Azərbaycan millisi daha üç medal qazanıb.
Koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında "Zoom" proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.
73 kq çəki dərəcəsində C qrupunda çıxış edən Sənan Sahibov toplam 228 kq (100+128) nəticə ilə bu qrupda 4-cü yeri tutub.
102 kq çəki dərəcəsində isə idmançımız böyük uğur qazanıb. Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atletimiz bu hərəkətdə gümüş medal əldə edib. Toplam 310 kq (145+165) nəticə Əli Şükürlü Dünya Kubokunun yekun sıralamasında da gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı medal mübarizəsi aparıb.