Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 15:16
Bakı. Trend:
Yerevanda davam edən etiraz aksiyası zamanı naməlum şəxs avtomobili yolu bağlayan etirazçıların üzərinə sürüb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, avtomobil əvvəlcə etirazçıların qarşısında saxlasa da sonra qəflətən hərəkət edib.
Hadisə nəticəsində bir nəfər yüngəl xəsarət alıb. Hazırda polis sürücünün axtarışlarını həyata keçirir.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın mərkəzi küçələrini bağlayıb. Polis 20-dən çox etirazçını saxlayıb.