Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarnı necə əritməlisiniz?

Qarnı necə əritməlisiniz?

Tarix: 19 Noyabr 2020 22:51

Pəhriz və idmanla vücudun hansısa nahiyəsini əritmək, arıqlamaq təəssüf ki, mümkün deyil.

Sonxeber.net immunitet.az-a istinadən bildirir ki, göbək nahiyənizdəki yağlardan xilas olub düz qarına sahib olmaq üçün uzunmüddətli bir pəhriz proqramına uyğunlaşmaq lazımdır. Əks təqdirdə artıq çəkilər yenidən yaranacaq. Xüsusilə də karbonhidratı menyünüzdə azaltmalısınız. Xüsusilə də səhər yeməklərinə diqqət etməlisiniz.

Çünki vücud artıq çəkini əsas səhər saatlarında alır. Simit, bulkalar yerinə yumurta, pendir kimi qidalardan istifadə etməlisiniz. Məsələn, 70 kq olan bir insan gündə ən az 70 qr protein qəbul etməlidir. Ət, toyuq kimi heyvani protein ala bilmədiyimiz zaman bitki tərkibli proteinlərdən dəstək almalısınız. Məsələn, qamburger yerinə qızardılmış toyuq seçilərək yaşayış tərzinizi dəyişdirməyə başlaya bilərsiniz.

Ət tərkibli proteinlər:

Ət, balıq, yumurta, süd, pendir.

Bitki tərkibli proteinlər:

Lobya, mərcimək, noxud, badam, fındıq, taxıl məhsulları, tərəvəzlər.

Hər gün getdiyiniz yerə avtobusdan bir dayanacaq erkən enin və yeriyin. Həftədə minimum 150 dəqiqə sürətlə idman hərəkətləri ilə məşğul olmalısınız.


Etiketlər:  Qarnı necə əritməlisiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ