Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TANAP tam gücünə 2022-ci ildə çatacaq

TANAP tam gücünə 2022-ci ildə çatacaq

Tarix: 20 Noyabr 2020 17:28

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi”nin ən uzun hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildə tam gücünə çatacaq. TANAP-ın maksimal buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edəcək.

Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, layihə təkcə Türkiyənin boru sənayesində 1 milyard dollardan çox dövriyyə yaradıb:

“TANAP istismar mərhələsində də Türkiyə iqtisadiyyatına töhfə verməkdə davam edəcək. TANAP 2022-ci ildə tam gücünə çatdıqdan sonra ölkə daşımalardan ildə 1,5 milyard dollardan çox gəlir qazanacaq. Layihədə 30 faizlik paya sahib olan BOTAŞ ildə 500 milyon dollar gəlir əldə edəcək”.


Etiketlər:  TANAP tam gücünə 2022 ci ildə çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ