Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 10:00
"Old Trafford"da təzyiq altında oynayacağımızı bilirdik. Xal itirmək şansımız yox idi. Növbəti oyun "Bernli" ilə qarşılacağıq. Çətin oyun olacaq. Sakit olmalıyıq. Biz hələ çempion deyilik. Yarışın bitməyinə üç tur qalır və bizim "Liverpul"la bir neçə xal fərqimiz var".
Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış "Mançester Yunayted"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Oyunçulara "Bernli" ilə matça kimi oxumamağı, televizora baxmamağı, sadəcə istirahət etməyi və doyunca yatmağı söyləmişəm"- deyə o bildirib.
Təcrübəli mütəxəssis ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib: İlk ay Gündoğanın oynadığı mövqeni dəyişdikdən sonra Leroy Sane çıxışlarda daha dinamik oldu. Hər iki komanda qələbəyə layiqdir. Amma bircə qalib olur. Uduzan komanda peşman olmalı deyil. Çünki maksimum gücü ilə oynadı. Adətən, belə qələbələrdən daha çox həzz almaq lazımdır. Amma biz sakit olmalıyıq".
Qvardiola deyib ki, Premyer Liqada "TOP-4" uğrunda mübarizə aparan komanda ilə oynayıblar: "Onlar "Everton"a məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdilər. Ancaq biz qalib gəldik. Çempionluq yolunda "Liverpul" bizi izləyir. Onlar möhtəşəm işlər görürlər. Amma hər şey bizim öz əlimizdədir.