Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 06:24
Bakı. Trend:
ABŞ Almaniyanı Suriyayanın şimal-şərqində qoşun göndərməyə çağırıb.
Trend-in məlumatına görə, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib ki, məqsəd Suriyanın şimal-şərqində ABŞ qoşunlarının qismən əvəzlənməsidir.
Ceffri bildirib, o, artıq Almaniyanın hökuməti ilə bununla bağlı danışıqlar aparıb: "Ümid edirik ki, Almaniya daha çox iş görəcək"
Xüsusi nümayəndə ABŞ hökumətinin bir neçə yüz alman əsgərinin Suriyaya göndəriləcəyinə ümid bəslədiyini vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin