Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nardaran qəbiristanlığında silah-sursat tapılıb

Nardaran qəbiristanlığında silah-sursat tapılıb

Tarix: 21 Noyabr 2020 13:51

Bakı. Trend:

Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Trend-ə bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.


Etiketlər:  Nardaran qəbiristanlığında silah sursat tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ