Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub - DETALLAR ÜZƏ ÇIXDI

Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub - DETALLAR ÜZƏ ÇIXDI

Tarix: 21 Noyabr 2020 23:40

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) rəhbəri Ruslan Puxov, Dağlıq Qarabağdakı münaqişə zamanı Rusiya istehsalı olan İsgəndər raketinin yaşayış məntəqəsini vurmasını izah edib.

Mütəxəssisin fikrincə, İsgəndər "böyük ölçüdə çəkindirici silah kimi alınıb". Bu raketlər hər zaman dairəvi əyilməyə malik olur: "Yəqin ki, Gəncə şəhərindəki hərbi aerodrom hədəf alınıb, amma raket yaşayış sahəsinə düşüb".

Milli.Az ted.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl mətbuata açıqlama verən Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş Qərərgah rəisi Movses Akopyan 2-ci Qarabağ savaşında İsgəndər taktiki raket komplekslərindən istifadə etdiklərini bildirmişdi. Akopyan raketlərin hansı istiqamətdə atıldığını gizli saxlamışdı. Bu sensasion açıqlamadan sonra Akopyan Ermənistan polisi tərəfindən həbs edilib.

Milli.Az


Etiketlər:  Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub DETALLAR ÜZƏ ÇIXDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ